Yanğın idarəetmə və qəbuletmə cihazlarının elektrik xətləri müstəqil naqillərlə aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğın siqnalizasiya, tüstükənarlaşdırma və xəbərdarlıq qurğuları ayrıca kabellərlə birləşdirilməlidir. Kanalətrafı qoruyucuların odadavamlılığı DTN 2.02-01 və TNvəQ 2.04.09-a uyğun qəbul edilir. Elektrik sistemləri təhlükəsizliyi üçün müstəqil panellər tətbiq olunur.
