Mərkəzdə saxlanılan hər əcnəbi üçün 4 kv.m-dən az olmayan yaşayış sahəsi təmin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Otaqların pəncərələri zərbəyədavamlı materialdan hazırlanır və kifayət qədər təbii işıqlanma təmin edilir. Çarpayı, dolab, stol, oturacaq və digər zəruri ləvazimatlar hər saxlanılan üçün ayrılır. Xüsusi bir nəfərlik otaqlarda qapılar polad təbəqə ilə örtülür və pəncərələr barmaqlıqlarla təmin edilir.