Bələdiyyə aktı normativ hüquqi aktlara zidd olduğu müəyyən edilərsə, müvafiq təklif göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da əksini tapıb.

Təklifdə ziddiyyətin məzmunu və aradan qaldırılması yolları göstərilir. Bələdiyyə 5 iş günü ərzində iclas keçirərək nəticəni məlumatlandırır. Müəyyən edilmiş ziddiyyət aradan qaldırılmazsa, iddia ərizəsi 15 iş günü ərzində məhkəməyə göndərilir.