Könüllü yerləşdirilən əcnəbilər gün bölgüsünə uyğun olaraq Mərkəzin ərazisini müvəqqəti tərk edə və geri qayıda bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Onlar həmçinin xidmət üçün nəzərdə tutulmuş ərazilər istisna olmaqla, Mərkəzin ərazisində sərbəst hərəkət edə bilərlər. Bu hüquq yalnız Mərkəzin iş vaxtı və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilir. Hərəkət zamanı Mərkəz rəhbərliyi tərəfindən əlavə nəzarət tətbiq edilə bilər.
