Əcnəbilər Mərkəz növbətçisi, tibb həkimi və psixoloq tərəfindən qəbul edilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Şəxsiyyət sənədləri yoxlanılır və uçot vərəqləri doldurulur. Yeni qəbul edilmiş əcnəbilərin foto və əl-barmaq izləri götürülür və şəxsi işlərinə əlavə olunur. Mərkəzdə saxlanılan əcnəbilər qadağan olunmuş əşyalar barədə yazılı iltizam verirlər və onların üstləri axtarılır.