Elektron xidmətlər informativ, interaktiv və ya proaktiv formada həyata keçirilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”-da əksini tapıb.

İnformativ xidmətlər istifadəçiyə məlumatlandırma şəklində göstərilir. İnteraktiv xidmətlər istifadəçinin müraciəti əsasında qarşılıqlı məlumat mübadiləsi ilə təşkil olunur. Proaktiv xidmətlər isə istifadəçinin müraciəti olmadan, avtomatik bildirişlərlə təmin edilir.