11 və daha çox mərtəbəli çoxfunksiyalı binalarda məişət qazı, o cümlədən qazla işləyən mətbəx plitələrinin quraşdırılmasına yol verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

İctimai təyinatlı yerləşgələrdə qaz avadanlıqları quraşdırıla bilməz. Bu, yanğın riskini minimuma endirmək məqsədilə edilir. Bina sakinlərinin və ictimai yerlərin təhlükəsizliyi prioritet hesab olunur.