Partlayıcı sursatların məhv edilməsi zamanı minimum sayda işçi cəlb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinə dair Tələblər”ində əksini tapıb.
Əməliyyatlar iş günü ərzində və ya iş gününün sonunda aparılır.
Əvvəlcədən razılaşdırma aparılaraq SƏP-ə uyğun həyata keçirilir.
Təhlükəsizlik və ətraf mühitin qorunması tədbirləri təmin olunur.