Sənədlərin interaktiv QƏBULU

27 Oktyabr 2025, 01:19

İstifadəçilərin sənədləri interaktiv qaydada doldurulmalı və elektron informasiya ehtiyatlarına daxil edilməyən sənədlərin surətləri qəbul edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”-da əksini tapıb.

Təsdiqetmə bildirişi istifadəçiyə göndərilməlidir. Sənədlərə baxış normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir. Təminatçı hüquqların qanunsuz məhdudlaşdırılmasına yol verməməlidir.