Axtarış paltarları soyunmaqla və ya natamam formada aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Üstü axtarılan şəxsin bədəninə, ayaqqabısına, paltar tikilərinə diqqətlə baxılır. Qadağan olunmuş əşyalar aşkar edilərsə, protokola yazılır və anbara təhvil verilir. Natamam axtarış zamanı üst paltarı çıxarılmadan yoxlama aparılır.
