Bələdiyyənin qanunazidd fəaliyyəti və ya aktı müəyyən edildikdə müraciət edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da əksini tapıb.

Fəaliyyətin dayandırılması və ya aktın dəyişdirilməsi üçün 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət olunur. Bələdiyyə 5 iş günü ərzində iclas keçirərək nəticəni inzibati nəzarət orqanına bildirir. Ziddiyyət aradan qaldırılmazsa, iddia ərizəsi məhkəməyə göndərilir.