Hidrotexniki qurğuların layihələndirilməsi və istismarı mərhələlərində təhlükəsizlik bəyannaməsi tərtib edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.

Bəyannamə mülkiyyətçi və ya istismarçı tərəfindən hazırlanır. Energetika Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təsdiq olunur. Bəyannamə müəyyən hallarda düzəliş edilə bilər, məsələn, istismar müddətində və ya qəza sonrası.