Binalarda yanğın əleyhinə su təchizatı və tüstü mühafizəsi tələblərə uyğun təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Yanğın siqnalizasiyası və xəbərdaredici sistemlər TNvəQ 2.04.09-a uyğun quraşdırılmalıdır. Avtomatik siqnal məlumatları yanğınsöndürmə hissəsinə ötürülür. Bu sistemlər erkən xəbərdarlıq funksiyasını yerinə yetirir.