
Elektron xidmətlərin göstərildiyi informasiya ehtiyatları və sistemləri “Hökumət buludu”nda yerləşdirilməli və təkmilləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”-da əksini tapıb.
Fərdi məlumatların toplanılması və işlənilməsi sahəsində normativ hüquqi aktlara riayət edilməlidir. Təminatçı elektron xidmətlərin keyfiyyətini artırmalı və prosedurları sadələşdirməlidir. İstifadəçilər xidmətlərin qaydaları barədə məlumatlandırılmalıdır.
