Mərkəzə giriş və çıxış buraxılış rejimi ilə tənzimlənir.

Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Məqsəd əcnəbilərin təhlükəsizliyi, mühafizənin təmin olunması və qadağan olunmuş əşyaların gətirilməsinin qarşısının alınmasıdır. Buraxılış rejimi Mərkəzin mühafizə heyəti tərəfindən təmin olunur. Giriş və çıxış zamanı şəxslərin əşyaları, geyimi və nəqliyyat vasitələri yoxlanılır.