Ağdərədə “HOWO” markalı yük maşını aşıb, sürücü ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.

Belə ki, hadisə nəticəsində betonqarışdıran maşının sürücüsü 1968-ci il təvəllüdlü Qocamanov Hafiz həyatın itirib.

Faktla bağlı araşdırma aparılır.