Atriumların layihələndirilməsinə yalnız yanğından mühafizə sistemi ilə təmin olunan binalarda yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Atriumlarda avtomatik yanğınsöndürmə, tüstü-yanğın siqnalizasiya və tüstüsovurma sistemləri quraşdırılmalıdır. Hündürlüyü 17 metrdən çox olan atriumlarda sprinklerlər konstruksiyaların altında yerləşdirilməlidir. Drençer su pərdəsi ilə ayrılan bölmələr əlavə qorunur.