Azərbaycanda fəaliyyəti dayandırılmış BBC keçmiş nümayəndəliyinin əməkdaşlarının ölkə ərazisində yenə də jurnalist fəaliyyətini davam etdirməsi, hətta müxtəlif qurumlara sorğular ünvanlaması, araşdırmalar aparması barədə məlumatlar var.
Heftelik.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsindən APA-ya bildirilib ki, “Media haqqında” Qanuna görə Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda açılır.
“Əgər hər hansı xarici media subyektinin nümayəndəliyi belə müqavilə olmadan media fəaliyyəti həyata keçirərsə, bu hal həmin nümayəndəliyin ləğvi üçün əsas təşkil edir.
