Binaların daxilində və bitişik tikilən avtomobil dayanacaqları müəyyən standartlara uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Dayanacaqlar TNvəQ 2.08.02, AzDTN 2.7-1* və digər normativlərə uyğun layihələndirilir. İnsan və yanğın təhlükəsizliyi prioritet hesab olunur. Müvafiq təchizat və təxliyə yolları nəzərdə tutulur.
