Minatəmizləmə zamanı insan qalıqları aşkar edilərsə, işlər dayandırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinə dair Tələblər”ində əksini tapıb.
Agentlik və aidiyyəti hüquq mühafizə orqanlarına dərhal məlumat verilir.
Oxşar prosedur mədəni və tarixi əhəmiyyətə malik əşyalar üçün də tətbiq edilir.
Ərazidə zəruri tədbirlər görüləndən sonra minatəmizləmə əməliyyatları davam etdirilir.
