Mərkəzə yalnız xidməti vəsiqə, buraxılış vərəqi və könüllü əcnəbilərin buraxılış vərəqi əsasında giriş mümkündür.
Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Buraxılış vərəqləri Mərkəzin rəisi tərəfindən təsdiq olunur və qeydiyyata alınır. Sənədlər şəxsiyyəti təsdiq edən sənədlərlə birlikdə təqdim edilməlidir. Sənədlərlə bağlı şübhə və ya çatışmazlıq aşkar edildikdə giriş məhdudlaşdırılır.
