Mərkəzə qəbul edilən əcnəbilər tibb məntəqəsinin həkimi və psixoloq tərəfindən müayinə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Əcnəbilərin gətirdiyi dərman preparatlarından istifadə barədə qərarı həkim verir. Müayinə zamanı əcnəbilərin sağlamlıq vəziyyəti və psixoloji durumu qiymətləndirilir. Lazım gələrsə, xüsusi tibbi müdaxilə təmin edilir.
