Mərkəzin rəisi müvafiq qərar olmadan protokol tərtib edir və əcnəbinin azad edilməsini təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb. Qaydalar müddətin bitməsi və ya Məcəllədə nəzərdə tutulmuş son müddət başa çatdıqda tətbiq olunur. Növbətçi azad etmə zamanı təhvil-təslim tədbirlərini həyata keçirir. Əmlak geri alınır və imzalarla təsdiqlənir.