Təminatçı göstərdiyi elektron xidmətlərlə bağlı məlumatları vahid reyestrə daxil etməli və onların aktuallığını təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”-da əksini tapıb.

Elektron xidmətlər göstərilərkən istifadəçiyə müraciətin qəbul edilməsi və icrası barədə bildiriş göndərilməlidir. Sənədlərin keyfiyyəti çatışmaz olduqda istifadəçi xəbərdar edilməlidir. Bu zaman istifadəçiyə xidmətin göstərilməsinin mümkün olması üçün tövsiyələr verilməlidir.