Atriuma çıxan otaqların ən azı iki təxliyə yolu olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Yuxarı mərtəbələrdə yatmaq üçün nəzərdə tutulan otaqlarda çıxış uzunluğu 30 metrdən artıq olmamalıdır. Digər otaqlarda isə 60 metr həddi tətbiq olunur. Yeraltı hissənin atriumla əlaqəsi yalnız yanğın zamanı hava basqısı olan tambur-şlüz vasitəsilə həyata keçirilməlidir.
