Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.

Heftelik.az Report-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir.

***

saat 11.23

Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilir.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Əlavə məlumat veriləcək.