Konstruktiv-texnoloji HƏLLƏR

30 Oktyabr 2025, 01:10

Hidrotexniki qurğular layihələndirilərkən təhlükəli zədələnmələrin və qəza vəziyyətlərinin qarşısını alan həllər nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.

Layihələrdə potensial qəzalar nəticəsində yarana biləcək material və sosial ziyanların hesablamaları aparılmalıdır. Ətraf mühitin mənfi təsiri minimuma endirilməlidir. Təhlükəsizlik tədbirləri ekoloji normalarla uyğun olmalıdır.