Layihələndirmədə müxtəlif funksiyaları yerinə yetirən qurğuların birgə işi nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.

Qurğuların ayrı-ayrı komplekslər üzrə istismara verilməsi planlaşdırılmalıdır. Avadanlıq və konstruksiyaların ölçüləri, tikinti-montaj metodları unifikasiya edilməlidir. Enerji istehsalı məqsədli su qovşaqlarında təzyiqlərdən səmərəli istifadə edilməlidir.