Əcnəbilər məktub və teleqram almaq və göndərmək hüququna malikdirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Dövlət hesabına ayda iki dəfə məktub göndərmək imkanı verilir. Məktub və teleqramların göndərilməsi üçün poçt ləvazimatları ticarət şəbəkəsindən əldə edilir. Yazışmalar xüsusi qeydiyyat kitablarında qeyd olunur və şəxsi işə əlavə edilir.