İrəli sürülmüş namizədlərin sənədləri siyasi partiyaların və blokların səlahiyyətli nümayəndələri tərəfindən seçki komissiyasına təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Namizədlərin adları Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada tərtib olunur. Sənədlər çap üsulu ilə və ya oxunmağa imkan verən başqa üsulla təqdim edilir. Bu, sənədlərin qanunvericiliyə uyğunluğunu təmin edir.
