Elektron xidmətlərin təşkili üçün digər təminatçılarla EHİS vasitəsilə qarşılıqlı məlumat və sənəd mübadiləsi aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”-da əksini tapıb.

Normativ aktlarla əlavə sənədlər ilkin mənbədən alınmalı, mümkün olmadıqda istifadəçidən sorğu əsasında tələb edilməlidir. Dövlət informasiya ehtiyatları və sistemlərinin reyestrə daxil edilməsi təmin olunmalıdır. İstifadəçilərə xidmət göstərilməsindən imtinanın hüquqi əsası barədə məlumat verilməlidir.