Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini 32 yaşlı Alim Şükürzadə, Lənkəran şəhər sakini 29 yaşlı Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.
Orada A.Şükürzadə dostları 36 yaşlı Elvin Quluzadə və 35 yaşlı Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 30 yaşlı dostu da A.Şükürzadə tərəfindən döyülüb.
Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb. Onlar sərxoş vəziyyətdə olublar.
Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
saat 11.10
Lənkəranda bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.
Heftelik.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 28-də gecə saatlarında baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Hirkan qəsəbə sakini Alim Şükürzadə 1996-cı il təvəllüdlü Lənkəran sakini Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.
Orada A.Şükürzadə dostları – 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.
Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb.
Onların sərxoş vəziyyətdə olması müəyyənləşib.
Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.