Torpaq sahələri elə təşkil olunmalıdır ki, bütün funksional zonalar müstəqil fəaliyyət göstərə bilsin.

Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Ümumi şəhər əhəmiyyətli obyektlərə sərbəst giriş təmin edilməlidir. Əlilliyi olan şəxslər üçün ərazi uyğunlaşdırılmalıdır. Yaşıllıq sahələri xüsusi normalara uyğun müəyyən ediləcək.