Bakıda avtomobil 37 yaşlı qadını vuraraq öldürüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, 2002-ci təvəllüdlü Seyfulla Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı meydanının yaxınlığında piyada 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.