Çoxfunksiyalı binalarda A və B kateqoriyalı partlayış-yanğın təhlükəli maddələrin saxlanmasına icazə verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Mülki müdafiə obyektləri üçün ikili təyinatlı yerləşgələr nəzərdə tutulmalıdır. Layihələndirmə və istismar zamanı mülki müdafiə tələblərinə riayət olunmalıdır. Yanğına qarşı təhlükəsizlik məqsədilə funksional zonalar ayrılmalıdır.