Əcnəbilər ailə üzvləri, yaşı, cinsi və səhhəti nəzərə alınaraq 2, 6 və daha çox nəfərlik otaqlarda yerləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Qadınlar, uşaqlar və tibbi nəzarətə ehtiyacı olan əcnəbilər xüsusi şəraitlə təmin olunur. Xüsusi tibbi yardım və yemək normaları tətbiq olunur. 12 yaşınadək uşaqlar qadınlarla birlikdə qala bilər.
