Əcnəbilərin şəxsi əşyaları və ərzaq məhsulları anbara təhvil verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Əşyalar yaxşı vəziyyətdə saxlanılır, təbii səbəblərdən zədələnənlər məhv edilir. Əşyaların verilməsi barədə əcnəbilərə məlumat verilir. Mərkəzlərarası köçürmələr zamanı əşyalar siyahıya alınaraq yeni mərkəzə göndərilir.