Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. Bundan öncə oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat aparıb, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. Dövlət başçısının həmin gün imzaladığı sərəncamla İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

***

saat 00.49

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, , icra başçısının müavini  Nadir Muradov və Təsərrüfat şöbəsində baş məsləhətçi- mühəndis vəzifəsində çalışan Qafar Abdullayev saxlanılıb.

Nadir Muradov və Qafar Abdullayev barəsində  4 aylıq həbs qərarı çıxarılıb.

Bundan başqa, İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin digər əməkdaşının da saxlanıldığı bildirilir.