Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, , icra başçısının müavini Nadir Muradov və Təsərrüfat şöbəsində baş məsləhətçi- mühəndis vəzifəsində çalışan Qafar Abdullayev saxlanılıb.
Nadir Muradov və Qafar Abdullayev barəsində 4 aylıq həbs qərarı çıxarılıb.
Bundan başqa, İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin digər əməkdaşının da saxlanıldığı bildirilir.

