Atriumlarda tüstü qapaqları və siqnalizasiya cihazları həm avtomatik, həm məsafədən, həm də əl ilə idarə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
İdarəetmə sistemi atrium, qalereya və pasaja çıxış olan yerləşgələr üçün fərqli variantları təmin etməlidir. Saunaların yerləşməsi yanğın tələblərinə uyğun olmalıdır. Binaların hündürlüyü 30 m-dən az olduqda, örtüklərdə emal edilmiş taxta konstruksiyalara icazə verilir.
