Bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar olunarsa, müvafiq tədbirlər üçün səlahiyyətli orqana müraciət edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da əksini tapıb.
İdarə tərəfindən belə hallar müəyyən edilərsə, materiallar Baş idarəyə təqdim olunur. Səlahiyyətli dövlət orqanı lazımi tədbirləri həyata keçirir. Məqsəd qanunçuluğun qorunmasıdır.
