Çoxfunksiyalı binalarda hamam və saunaların yerləşdirilməsinə dair qaydalar mövcuddur.
Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Onların yaşayış otaqlarına bitişik, üstündə və ya altında yerləşdirilməsinə icazə verilmir. İctimai hamam və saunalar da eyni məhdudiyyətlərə tabedir. Bu qaydalar səs və rütubət problemlərinin qarşısını almağa yönəlib.
