Hidrotexniki qurğuların layihəsi işlənərkən ətraf mühitin qorunması üzrə tələblər rəhbər tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.
Layihədə ekoloji vəziyyətin yaxşılaşdırılması və rekreasiya tədbirləri nəzərdə tutulmalıdır. Torpaqların rekultivasiyası və iqtisadi fəaliyyətin tənzimlənməsi də əhəmiyyətlidir. Nadir flora və fauna növlərinin mühafizəsi layihədə yer almalıdır.
