Binalarda yer və birinci mərtəbə səviyyəsində keçidlər müvafiq texniki normalara uyğun olacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
İctimai, yaşayış və istehsalat otaqlarının hündürlüyü ayrıca normativlərlə müəyyənləşdiriləcək. Texniki mərtəbələrin hündürlüyü mühəndis avadanlığına görə təyin olunacaq. Heç bir halda normativdə göstərilən minimumdan az olmamalıdır.
