Əcnəbilərə müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşmə imkanı məhdudiyyətsiz təmin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Hüquqi yardım üçün vəkillərlə görüş ərizə əsasında verilir. Görüşlər təklikdə və konfidensial şəraitdə keçirilir. Ombudsman və Milli Preventiv Qrup üzvləri Mərkəzə istənilən vaxt daxil olub, əcnəbilərlə görüşə bilərlər.
