Təminatçı elektron xidmətlər üçün təlimatlar, sənəd və video formatında təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”-da əksini tapıb.
Xidmətlərdən istifadə üçün məlumatlar fasiləsiz təqdim olunmalıdır. Nasazlıqlar dərhal aradan qaldırılmalıdır. Təminatçı xidmətlərin etibarlılığını davamlı təmin etməlidir.
