Təminatçılar xidmətlərin qanunvericiliyə uyğun təşkilini təmin etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”-da əksini tapıb.

Onlar reqlamentə uyğun xidmət göstərməli və EHİS-in tələblərinə riayət etməlidirlər. Təminatçılar istifadəçilərin sorğularını cavablandırmalı və məlumatların qorunmasını təmin etməlidirlər. Təklif və şikayətlər əsasında xidmətlərin təkmilləşdirilməsi də təmin olunmalıdır.