Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, 4-dən 5-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, gündüz tədricən kəsiləcək.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.
Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.