Mərkəzdə saxlanılan əcnəbilərin məlumatları uçot kitablarına və şəxsi işlərinə əlavə olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Yeni qəbul edilənlərin məlumatları kompüter bazasına daxil edilir. Əcnəbilər qaydalarla tanış edilir və başa düşmələri üçün zərurət olduqda tərcüməçi xidmətindən istifadə olunur. Mərkəz rəhbərliyi və işçiləri bütün proseslərin düzgün və qanuni aparılmasına cavabdehdir.