UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turuna bu gün start veriləcək.

Heftelik.az Report-a istinadən xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

“Qarabağ”ın rəqiblərindən “Napoli” və “Ayntraxt” İtaliyada üz-üzə gələcəklər. “Liverpul” evdə “Real”ı qəbul edəcək.

“Bavariya” isə səfərdə PSJ-nin qonağı olacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

IV tur

4 noyabr

21:45. “Napoli” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya)

21:45. “Slaviya” (Çexiya) -“Arsenal” (İngiltərə)

00:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya)

00:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)

00:00. “Atletiko” (İspaniya) – “Yunion” (Belçika)

00:00. “Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)

00:00. “Tottenhem” (İngiltərə) – “Kopenhagen” (Danimarka)

00:00. “Olimpiakos” (Yunanıstan) – PSV (Niderland)

00:00. “Budyo Qlimt” (Norveç) – “Monako” (Fransa)